Amerikanın Çikaqo ştatında martın 6-7-də Quran müsabiqəsi keçiriləcək
SalamNews-un məlumatına görə, üç mərhələdə olacaq müsabiqənin əsas hədəfi cavanları Quranı öyrənməyə sövq etməkdir. Müsabiqə Amerikada İslam universitetlərinin dəstəyi ilə baş tutacaq.
Bundan başqa, Amerikanın İslam Mədəniyyəti təşkilatının dəstəyi ilə bu ölkədə “Qurani-Kərim möcüzələri” adlı sərgi keçiriləcək. Sərgidə 8-15 yaşarası olan uşaqların da Quran barədə olan əl işləri sərgilənəcək.