Azərbaycan prezidenti İlham Əliyev fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə ölkələr arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib, Xalid Şamim Vaynın səfərinin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.