Azərbaycan prezidenti İlham Əliyev fevralın 29-da Türkiyənin TRT televiziya kanalının Bakı təmsilçisi Yüksel Degercana müsahibə verib.
APA-nın məlumatına görə,dövlət başçısı Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğvi ilə bağlı qərarı, Türkiyə-Azərbaycan dostluq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması və enerji sahəsində əməkdaşlıqla bağlı suallara cavab verib.