Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv etdikdən sonra Fransa prezidenti Nikola Sarkozi hökumətə “erməni soyqırımı” ilə bağlı yeni qanun layihəsinin hazırlaması barədə təlimat verib, APA haberler.com saytına istinadən xəbər verir.
Qeyd edək ki, Konstitusiya Şurası qanunu Fransa Konstitusiyasının 33-cü maddəsinə və söz azadlığına zidd olduğunu əsas gətirərək ləğv edib.
Ləğv olunan qanun layihəsi qondarma “erməni soyqrımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro cərimə olunmasını nəzərdə tuturdu.