Suriya Prezidenti Bəşər Əsəd referendumda ölkə əhalisinin 89%-nin səs verib qəbul etdiyi yeni konstitusiya layihəsini imzalayıb.
SalamNews RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bazar günü Suriyada konstitusiya layihəsinin qəbulu ilə bağlı referendum keçirilib. Nəticədə, konstitusiyanın 8-ci maddəsindən imtina edilib. Bu maddə Baas ("oyanış") partiyasının hakim mövqeyini təsdiqləyirdi. Referendumdan sonra maddə bütün partiyaların eyni hüquqa malik olduğunu təsbit edir.