POPULYARXƏBƏRLƏR

Rusiya prezidentliyinə namizəd Gennadi Zyuqanov: “Prezident seçilsəm, Dağlıq Qarabağ probleminin nizamlanması üçün maksimal səy göstərəcəyəm” – EKSKLÜZİV MÜSAHİBƏ

“Azərbaycan mənim üçün etibarlı, sadiq və dost ölkədir”

Rusiya prezidentliyinə namizəd, Kommunist Partiyasının sədri Gennadi Zyuqanovun APA-nın Moskva müxbirinə müsahibəsi

- Rusiya prezidenti seçiləcəyiniz təqdirdə ölkənizin Azərbaycanla münasibətləri necə olacaq?

- Rusiyanın Qafqaz siyasəti daha maraqlı, daha vicdanlı və daha müdrik olmalıdır, o cümlədən Azərbaycanla bağlı siyasəti... Azərbaycan inkişaf etmiş ölkədir. Mənim Bakı ilə bağlı çoxlu xatirələrim var. Atam Vətən müharibəsi zamanı Sevastopolda ağır yaralanmışdı. Onu müalicə üçün Bakıya göndərmişdilər. O, Bakıda hərbi hospitalda müalicə olunurdu. Digər bir xoş xatirəm isə Heydər Əliyevlə tanışlığım olub. Onunla dost münasibətlərim vardı. Heydər Əliyevlə həmçinin qurultaylarda və müxtəlif tədbirlərdə tez-tez görüşürdük. Bakı mənim ürəyimdə isti və unudulmaz hisslər qoyub və mən orada çoxlu dostlar qazanmışam.

Mən Azərbaycanın inkişafını çox maraqla izləyirəm. Prezident İlham Əliyev bacarıqlı siyasətçidir. Onun rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edir və bu gün regionda ən sürətlə inkişaf edən ölkəyə çevrilib. Sizin dövlətinizə uğur və əmin-amanlıq arzulayıram. Yadda saxlayın ki, Azərbaycan mənim üçün etibarlı, sadiq və dost ölkədir.

- Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?

- Başa düşürsünüz, bu, asan bir problem deyil. Bu problem tədricən danışıqlar yolu ilə həll olunmalıdır və bu danışıqlar ağlabatan və tarazlaşdırılmış olmalıdır. Şəxsən öz mövqeyimi bildirmək istəyirəm ki, prezident seçildikdən sonra bu məsələnin maksimal həlli üçün çalışacağam. Konfliktin iştirakçısı olan hər iki tərəfin məmnun qalacağı şəkildə, ən asası sülh yolu ilə həll olunmasına yardımçı olacağam.

- Bildiyiniz kimi Dmitri Medvedev son illər ərzində dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Hakimiyyətə gəldikdən sonra siz bu sahədə hansı siyasəti yürüdəcəksiniz?

- Bəli, Medvedev üçtərəfli danışıqlarda aktiv iştirak edib. Mən də bu formatda görüşlərin keçirilməsinin tərəfdarıyam. Sülhə yönələn danışıqları hər zaman dəstəkləyirəm. Prezident seçilsəm, mən də öz növbəmdə Dağlıq Qarabağ probleminin nizamlanması üçün maksimal səy göstərəcəyəm.



Yerləşdirilib:28 Fevral, 2012  15:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com