Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 29-da Rusiya Federasiyasına gedəcək.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Moskva meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur.
Səfər müddətində A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü nəzərdə tutulur. Görüşlərdə dinlərarası dialoqun inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.