Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun bu gün keçirilən toplantısında Xocalı faciəsinin ildönümünə toxunub
APA-nın xəbərinə görə, D. Bağçalı “ermənilər tərəfindən qətlə yetirilən qardaş-bacılarımıza Allahdan rəhmət diləyirəm”, deyərək sözünə başlayıb: “Erməni ölüm maşını heç vaxt dayanmayıb. Xocalı türk millətinin vicdanı və bitməyən fəryadıdır. Xocalı qürurumuz, heysiyyətimiz, ürək döyüntümüzdür. Xocalıda qan tökən şəxs bu gün Ermənistan dövlətinin başındadır. AKP hökumətinin qucaq açdığı bu şəxs vaxtilə Xocalıda vəhşilik törədən quldurlara başçılıq edib”.
D. Bağçalı Fransa hökuməti tərəfindən buraxılan səhvin Konstitusiya Şurasında düzəldiləcəyinə ümid etdiyini də söyləyib.