Məşhur təriqət şeyxi Əbdülqadir Gilani başına gəlmiş bir hadisəni belə təsvir edir: «Bir gün gözümün qarşısında nur göründü; elə güclü idi ki, bütün üfüqü bürümüşdü.

Bu arada qeybdən səs eşitdim: «Ey Əbdülqadir! Mən sənin Rəbbinəm. İndiyə kimi mənim yolumda etdiyin saleh əməllərin əvəzi olaraq, bu gündən şəriətdəki bütün haramları sənə halal edi¬rəm».
Səs sahibi özünü Allah kimi təqdim etsə də, mən onun Şeytan olduğunu başa düşdüm və uca səslə dedim:
- Rədd ol, ey məl’un! Göstərdiyin nur, əslində mənim üçün əbədi bir zülmətdir!
Şeytan mənim cavabımı eşitcək məyusluqla nalə etdi:
- Rəbbinin sənə verdiyi hikmət sayəsində yenə hiyləmdən xilas oldun! Amma mən indiyə kimi bu yolla çoxlarını aldatmışdım».
Hadisəni eşidən adamlardan biri soruşdu:
- Bəs, səs sahibinin Şeytan olduğunu nədən bildin?
Əbdülqadir cavab verdi:
- «Sənin üçün haramları halal edirəm», - deməsindən