Yəmən Prezidenti Əli Abdulla Saleh ABŞ ərazisini tərk edib. SalamNews "lenta.ru"ya istinadən xəbər verir ki, bu məlumatı Yəmənin rəsmi şəxsləri də təsdiq ediblər. Lakin onlar Salehin gedəcəyi yeri dəqiqləşdirməyiblər.
Daha öncə faktiki olaraq hakimiyyətdən imtina edən 69 yaşlı prezident dəfələrlə bəyan edib ki, Yəməndə qalmaq niyyətindədir.
Xatırladaq ki, Saleh ABŞ-a yanvarın 28-də müalicə olmaq məqsədi ilə gəlmişdi.