Bu gün Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda Xocalı soyqırımı və Bosniya münaqişəsinin qurbanlarının xatirəsinə həsr edilmiş abidə kompleksinin açılış mərasimi olacaq.
SalamNews xəbər verir ki, açılış mərasimində "Xocalıya ədalət" kampanyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı gözlənilir.
Tədbirdə Bosniya və Hersoqovina və Sarayevo hökumət nümayəndələri iştirak edəcəklər.
Elə həmin gün "Dobrınya Sarayevo" gimnaziyasında "Xocalı" filmi göstəriləcək.