Hökumət qüvvələri ilə müxalifət arasında mübarizənin getdiyi Suriyanın Homs şəhərində atəşə məruz qalan fransız müxbirlər Edit Buvye və Uilyam Deniels tezliklə ölkəni tərk etmək üçün yardım istəyirlər
SalamNews-un ''gazeta.ru''ya istinadən verdiyi xəbərə görə, Homsda atəşə məruz qalan Buvye ağır yaralanıb. Hadisə nəticəsində iki jurnalist - Remi Oşlik və Meri Kolvin isə ölüb. Suriya fəallarının internetdə yerləşdirdiyi video görüntülərdə Buvye belində sınıq olduğunu və təcili əməliyyata ehtiyac duyduğunu deyib.