İranın müdafiə naziri, general-mayor Əhməd Vahidi bildirib ki, İran və Azərbaycan arasındakı yaxın qonşuluq münasibətlərinə zərbə vurmağa çalışan dairələr var.
SalamNews IRNA agentliyinə istinadən xəbər verir ki, nazir müsahibəsində deyib: "İran hər zaman qonşu dövlətlərlə dostluq münasibətlərinin inkişafına can atır. Ümid edirik ki, Azərbaycan hökuməti iran vətəndaşlarının həbsi kimi insidentlərin baş verməsi hallarının bir daha təkrarlanmaması üçün zəruri ölçülər götürəcək. Biz həm də ümid edirik ki, Azərbaycan hökuməti dövlətlərimiz arasında mövcud qonşuluq münasibətlərinə zərbə vurmağa çalışan qruplaşmaların fəaliyyətinin qarşısını alacaq".