Bakının Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundu Hacı Səxavət Əliyev həbs olunub.
SalamNews islamazeri.az saytına istinadən xəbər verir ki, Səxavət Əliyev barəsində həbs qəti imkan tədbiri seçilib. İlahiyyatçının yaxınlarının bildirdiyinə görə, dünən saat 18:00-da Suraxanı məhkəməsində İlahiyyatçı alim Hacı Səxavət Əliyevin məhkəməsi keçirilib.
Məhkəmə Hacı Səxavətin barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib və istintaq müddətinin Şüvəlan istintaq təcridxanasında keçirilməsinə qərar verib.
Xatırladaq ki, onu fevralın 21-də həbs ediblər. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda) ittiham olunur.