POPULYARXƏBƏRLƏR

Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib

Respublika Hərbi Prokurorluğunun rəsmi nümayəndəsi: “Sovet ordusunun 366-cı alayının komandiri Yuri Zarviqarov, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan və digərləri Xocalıda azərbaycanlıların məhvini planlaşdırıb”

Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov münaqişənin səbəbləri və Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə məlumat verib. O, erməni və rus silahlıları tərəfindən 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 421 nəfərə ağır xəsarət yetirildiyini, 1275 nəfərin əsir və girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin bu gün də məlum olmadığını vurğulayıb.

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun həmsədri Şahin Camalov isə azərbaycanlılara qarşı qətliamlar törədilməsində iştirak etmiş Zori Balayanın özünün bu hadisələri necə anlatmasından danışıb. Daha sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.

Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsinin rəisi Mehman Poladov çıxışında bildirib ki, 1991-ci ilin sentyabrından başlayaraq azərbaycanlıların yaşayış məntəqələrinə basqınlarında sovet ordusunun 366-cı alayının köməyindən istifadə olunub. Ermənilərin Xocalıya qədərki dövrdə törətdiyi hadisələri xatırladan M. Poladov deyib ki, bütün bu hadisələrin törədilməsində 366-cı alayın silah və texnikasından istifadə edilib: “Fevralın 17-də Qaradağlı faciəsinin törədilməsində erməni silahlı dəstələrinin tərkibində 366-cı alayın heyəti ilə yanaşı, xaricdən gəlmiş muzdlular da iştirak edib. Qaradağlıda insanları vəhşicəsinə qətlə yetirdilər. Bunlara insan demək mümkündürmü? İnsanlara qarşı belə cinayətlər törədilə bilərmi?”

Xocalıda 7 min nəfərədək əhalinin yaşadığını deyən M. Poladovun sözlərinə görə, 366-cı alayın komandiri Yuri Zarviqarov, birinci batalyonun qərargah rəisi, ikinci batalyonun komandiri, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan və digərləri azərbaycanlıların məhvini planlaşdırıb, müxtəlif hərbi texnikaları, artilleriya sistemlərini tətbiq edərək Xocalını məhv edib, orada yaşayan dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. Dinc insanlara müxtəlif dəhşətli işgəncələr verilib, başları kəsilib, başlarının dərisi soyulub, güllələnib, qadınların döşləri kəsilib və s... Xocalının işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlara 170 milyon 272 min ABŞ dolları dəyərində maddi ziyan əyib.

M. Poladov Xocalı ilə bağlı birgə istintaq qrupunun fəaliyyəti barədə də danışıb: “Qrup tərəfindən Xocalı soyqırımı ilə bağlı intensiv işlər aparılır. 3500 nəfər dinlənilib, 2000-dən çox şəxs zərərçəkən şəxs kimi təsdiqlənib, 800-ə yaxın ekspertiza həyata keçirilib. Hazırda 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın soyqırımın təşkilində iştirakı orqanları tərəfindən müəyyən edilib. Hazırda soyqırımın törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi, onların anket məlumatlarının toplanması istiqamətində işlər davam etdirilir. Bu cinayəti törətmiş şəxslərin sayı kifayət qədər çoxdur və mən indidən bunu açıqlamaq istəmirəm. Bu cinayət işi həcminə görə digər cinayət işlərindən fərqlidir. Xocalı soyqırımı kimi dəhşətli cinayəti törədənlər cəzasız qalmayacaq”.

Tədbirdə müxtəlif ekspertlərin Xocalı soyqırımı, onun nəticələri barədə fikirləri dinlənilib.



Yerləşdirilib:24 Fevral, 2012  13:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com