Sabah Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.
MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasda Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı müzakirələr olacaq, həmçinin sənəd və qərarlar qəbul ediləcək.
MM əməkdaşları tərəfindən Xocalı soyqırımını əks etdirən qısametrajlı film də hazırlanıb. Həmin film də parlamentin xüsusi iclasında nümayiş etdiriləcək.
Bundan başqa parlamentin foyesində Xocalı faciəsini özündə əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaq.