POPULYARXƏBƏRLƏR

Avropa Azərbaycan Cəmiyyəti Londonda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirib

Lord Əhməd: “Biz Ermənistan hökumətini beynəlxalq hüquqa əməl etməyə və Azərbaycan ərazilərini qaytarmağa çağırırıq”

Fevralın 22-də London şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi tədbirdə Birləşmiş Krallıqdan və digər ölkələrdən 300-ə yaxın nümayəndə iştirak edib. Cəmiyyətdən APA-ya verilən xəbərə görə, AAC-ın incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva çıxışında deyib ki, Londonun mərkəzində keçirilən bu tədbir Xocalı qurbanlarının yad edilməsinə həsr olunub: “Azərbaycanın müasir tarixində baş verən bu dəhşətli faciə heç bir ölkənin tarixində təkrarlanmamalıdır”.

Britaniya parlamentinin Azərbaycan üzrə qrupunun üzvü Kris Hiton-Harris iki dəfə Azərbaycana səfər etdiyini söyləyib: “Birləşmiş Krallığın Azərbaycanla möhkəm əlaqələri var və bunun tarixi Birinci Dünya müharibəsinə gedib çıxır. Azərbaycan üzrə parlament qrupundakı həmkarlarım və mən 20 ildən bəri davam edən bu münaqişənin həllini arzulayırıq”.

Azərbaycan üzrə parlament qrupunun üzvü lord Əhməd də eyni hissləri bölüşüb: “Bu gün biz Xocalı qətliamının qurbanı olmuş 613 kişi, qadın və uşağın xatirəsini yad edirik. Unutmamalıyıq ki, bu qədər günahsız insanın həyatına son qoyulub. Onların xatirəsi həmişə yaşayacaq. Ümid edirik ki, münaqişə həll olunacaq. Biz Ermənistan hökumətini beynəlxalq hüquqa əməl etməyə və Azərbaycan ərazilərini qaytarmağa çağırırıq”.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov isə çıxışında Xocalı faciəsinin dəhşətli cinayət olduğunu, bu zorakılığın bu günə qədər davam etdiyini vurğulayıb: “Günahkarlar hələ də cəzalandırılmayıb. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsi Azərbaycan mədəniyyətinin mərkəzi olub. Bu gün dinləyəcəyiniz konsertdə əsərləri səslənən bəstəkarların əksəriyyəti orada dünyaya gəlib. İndi bu bölgədən olan insanlar öz ölkələrində məcburi köçkünə çevriliblər və bu mədəniyyət yox olmaq təhlükəsi ilə üzləşib. Ümidvarıq ki, bugünkü konsert diqqəti Xocalı faciəsinə çəkəcək və bu cür faciələrin gələcəkdə təkrarlanmasının qarşısı alınacaq”.

Tədbirdə AAC-ın çəkdiyi sənədli film nümayiş olunub. Filmdə Xocalı faciəsinin şahidlərinin, Qərb ekspertlərinin və britaniyalı jurnalistlərin müsahibələri əksini tapıb. Film BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmadan Dağlıq Qarabağ və yeddi ətraf rayonun qanunsuz işğalının davam etməsi faktına diqqət çəkir.

Filmin ardınca Nikolas Kollon (Nicholas Collon) və Syu Perkinsin (Sue Perkins) dirijorluğu ilə Orion Orkestri Qərb və Azərbaycan klassik musiqi əsərlərini, o cümlədən Samuel Barber, Ser Edvard Elgar və Qara Qarayevin əsərlərini ifa edib. Ən yaddaqalan məqam Səbinə Rakçeyevanın öz “Dua” əsərini və Stiven Spilberqin çəkdiyi “Şindlerin siyahısı” filminin musiqisini ifa etməsi olub.

Konsert AAC tərəfindən təşkil olunmuş anım tədbirlərinin bir hissəsidir. Bu tədbirlər çərçivəsində Londonun şimal-qərbində faciə qurbanlarının hər birinin xatirəsinə 613 ağac əkilib.



Yerləşdirilib:23 Fevral, 2012  22:22, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com