İraqda törədilən silsilə terror aktları nəticəsində azı 32 nəfər həlak olub, onlarla adam yaralanıb.
İraq DİN-in məlumatına görə, daha çox ölüm hadisəsi Bağdadda qeydə alınıb. Paytaxtda həlak olan 22 nəfərdən 6-sı şiələrin yaşadığı Kazımiyyə rayonunda avtomobilin partlaması nəticəsində dünyalarını dəyişiblər. Əzəmiyyə rayonunun mərkəzində silahlıların polis idarəsinə hücumu isə 6 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub.
SalamNews-un ''lenta.ru''ya istinadən verdiyi xəbərə görə, şəhərin cənub rayonlarında bir neçə minanın işə düşməsi 4 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnib.
Terror aktlarına görə, hələ ki, heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.