POPULYARXƏBƏRLƏR

Vaşinqtonda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı Səfirliyi Vaşinqtonda anım mərasimi keçirib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ Konqresi ərazisində yerləşən nüfuzlu “Ehtiyatda olan Zabitlər Assosiasiyası”nın binasında keçirilən anım mərasimində müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici diplomatlar, KİV təmsilçiləri, Vaşinqtonun bir sıra tanınmış beyin mərkəzlərinin ekspertləri, alim və tələbələr, iş adamları, Azərbaycan və türk diasporunun üzvləri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə çıxış edərək, ilk öncə Xocalı soyqırımının necə baş verməsi və faciənin qurbanları barədə məlumat verib. Azərbaycan xalqının daima güclü etnik və dini dözümlülük ənənələri ilə fərqləndiyini qeyd edən səfir Xocalı soyqırımı baş verərkən bu faciəni tam şəkildə anlamağın, xüsusilə etnik mənsubiyyətinə görə günahsız insanların, o cümlədən çoxlu sayda uşaq, qadın və yaşlıların belə vəhşicəsinə qətlə yetirilməsinin dərk edilməsinin hər bir azərbaycanlı üçün olduqca ağır və çətin olduğunu bildirib. E. Süleymanov Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daima yaşayacağını qeyd edərək, azərbaycanlıların qisas arzusunda olmadıqlarını, yalnız ədalət və sülh istədiklərini diqqətə çatdırıb.

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun icraçı direktoru Dayana Koen Altman öz nitqində Xocalı faciəsi barədə fikirlərini bölüşüb, bu faciənin məsum qurbanlarının hər zaman yad edilməsinin vacib olduğunu bildirib və Xocalı barədə məlumatların gələcək nəsillərə çatdırılması üçün öz tövsiyələrini verib. Bu səpkidə natiq faciə qurbanlarına dair əşyaların toplanmasının zəruri olduğunu bildirərək, Vaşinqtonda fəaliyyət göstərən Holokost Xatirə Muzeyi timsalında belə əşyaların gələcək nəsillərin məlumatlandırılması baxımından yüksək dəyər daşıyacağını qeyd edib.

Sonra ABŞ-da işçi səfərdə olan millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva çıxış ediblər. A. Mollazadə Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədinin Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olduğunu bildirərək, onların öz məqsədlərinə günahsız insanların qanı hesabına çatdıqlarını qeyd edib. Bu kütləvi qırğını törətmiş cinayətkarların hələ də azadlıqda olduğunu vurğulayan millət vəkili haqq-ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu bildirərək, bu məsələdə beynəlxalq birliyin köməyinə ehtiyacın olduğunu diqqətə çatdırıb.

S. Fətəliyeva Azərbaycanın bu gün 20 il öncəki Azərbaycan olmadığını, daha güclü və inkişaf etmiş dövlətə çevrildiyini bildirib, bununla yanaşı Xocalı faciəsinin bu gün də 20 il öncə olduğu kimi hər bir azərbaycanlını ağrıtdığını və bu ağrını unutmağın qeyri-mümkün olduğunu qeyd edib.

Nitqlərdən sonra ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənov Xocalı soyqırımı qurbanlarının xatirəsinə həzin musiqi parçaları ifa edib.

Mərasimdə iştirakçılar soyqırımını əks etdirən foto-sərgi ilə də tanış olublar. Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə kitab, broşür, jurnal və disklər iştirakçılar arasında paylanıb.



Yerləşdirilib:23 Fevral, 2012  15:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com