Sabah Qahirədə Ayn-Şəms Universitetinin Qonaq Evində Azərbaycanın Misirdəki səfirliyi və Qahirə Türk Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Xocalı faciəsinin 20-ci ildönümü” adlı mədəni simpozium keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a bildirilib ki, simpoziumda səfir Şahin Abdullayev, Ayn-Şəms Universitetinin professor Safsafi Əhməd Əl-Qutri, İSESKO-nun eksperti Səlahəddin Cəfərayi, Qahirə Türk Araşdırmalar Mərkəzinin nəzdindəki Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi və digərləri çıxış edəcəklər.
Sonra Xocalı soyqırımı ətrafında müzakirələr olacaq, məruzə ilə çıxış edənlər sualları cavablandırılacaq. Simpoziumda toplaşanların diqqətinə Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi kompozisiya təqdim olunacaq. Simpozium işini Qahirə Türk Araşdırmalar Mərkəzinin direktoru Tariq Əbdül-Cəlilin nitqi ilə tamamlayacaq.