Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü növbəti dəfə təxirə salınıb.
APA-nın məlumatına görə, görüş fevral ayının ortalarında Naxçıvanda keçirilməli olsa da, baş tutmayıb. Görüşün nə vaxt keçiriləcəyi məlum deyil.
Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü yanvarın 17-də Naxçıvanda keçirilməli idi. Lakin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimində iştirakı səbəbilə görüş fevral ayına təxirə salınmışdı. Bu formatda ilk görüş ötən ilin aprelində İranın Urmiya şəhərində keçirilib.