Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan hava sərhədinin İran vertolyotu tərəfindən pozulması barədə məlumatlara dair açıqlama verilib.
DSX-dan APA-ya bildirilib ki, fevralın 21-i də daxil olmaqla, son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib.
DSX-dan bu gün bəzi KİV-də İrana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına daxil olması və Astara rayon mərkəzi üzərində uçuş etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb: «Bu gün İran Astarası üzərində qonşu dövlətə məxsus helikopterlərin uçuşu müşahidə olunub. Lakin həmin helikopterlər Azərbaycanın hava sərhədini pozmayıb və Azərbaycan ərazisinə daxil olmayıb».