POPULYARXƏBƏRLƏR

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri: “Biz heç bir anti-İran fəaliyyətinə yer verməmişik, eyni şeyləri İrandan da tələb edirik”

“Azərbaycan özünün xarici əlaqələrindən heç zaman İrana qarşı istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib”

“Biz İranla xarici siyasətimizi mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qururuq. Bir-birinin daxili işlərinə qarışmamaq, xarici ölkələrlə əlaqələrdə bir-birinin maraqlarına ziyan vurmamaq, bir-biri ilə münasibətlərə xələl gətirməmək bizim bu ölkə ilə yürütdüyümüz diplomatik siyasətin əsas istiqamətini təşkil edir. Son zamanlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ölkəyə bağlı müəyyən çevrələr tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi arzuolunmaz, o cümlədən terror cəhdlərinin qarşısının alınması istiqamətində müvəffəqiyyətli əməliyyat həyata keçirdi. İranın bəzi dairələri əsası olmayan şəkildə məhz buna cavab olaraq “alternativ tədbir” kimi Azərbaycana qarşı, onu bu və ya digər fəaliyyətdə ittiham edən, günahlandıran nota verib. Bu bizim arzu etdiyimiz hal deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, Azərbaycan özünün xarici siyasətini yalnız dövlət maraqları, təhlükəsizliyi çərçivəsində qurur: “Eyni zamanda, Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı, eləcə də digər qonşu dövlətlərə qarşı heç zaman istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib. Ona görə də bu şəkildə günahlandırmaların əsası yoxdur”.

Ə. Həsənov iki ölkə arasında gərginliyin olması barədə fikirlərlə də razılaşmayıb: “Mən deməzdim ki, iki ölkə arasında vəziyyət gərgindir. Lakin münasibətləri gərginləşdirməyə cəhd göstərən insanlar, dairələr var. Bu isə nə İranın, nə də Azərbaycanın xeyrinədir. Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir. İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın azərbaycanlıların yaşadığı bir ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”.



Yerləşdirilib:20 Fevral, 2012  23:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com