POPULYARXƏBƏRLƏR

Bakıda fransalı fotoqrafın Xocalı faciəsini əks etdirən fotoşəkillərindən ibarət foto-sərginin açılışı keçirilib

Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Mən bu fotolarda gördüklərimdən şoka düşmüşəm”

Fevralın 20-də Bakı Muzey Mərkəzində Xocalı faciəsinin 20 illiyi münasibətilə fransalı fotoqraf, xanım Frederik Lengeynin (Frederique Lengaigne) fotolarından ibarət sərginin açılışı keçirilib. APA-nın xəbərinə görə, foto-sərgi Azərbaycan-Avropa Cəmiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən AAC-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev bildirib ki, bu sərgidə göstərilən şəkillər real həyatı əks etdirir və fransalı fotoqrafın Xocalı faciəsi zamanı çəkdikləridir. O qeyd edib ki, sərgidə nümayiş olunan əsərlərin müəllifi hadisə baş verən zaman Qafqazda ezamiyyətdə olubvəbu şəkilləri çəkib. Lakin o bu şəkilləri indiyə qədər heç yerdə nümayiş etdirməyib.

Cəmiyyətin sədri Tale Heydərov sərginin açılışında bildirib ki, rəhbərlik etdiyi qurum Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün fəal iş aparır: “Fotoqraf Lengeyn Xocalı hadisəsindən sonra Ağdamda olarkən 300-dən çox foto çəkib. Onların bir hissəsi bu gün sərgilənir. Fotoşəkil baş vermiş hadisənin inkarolunmaz sübutudur. Bu sərgi Avropanın bir sıra şəhərlərində, o cümlədən Brüssel, Strasburq və Parisdə də keçiriləcək”.

T. Heydərov yaxın günlərdə Londonda Xocalı faciəsi ilə bağlı məqalələr məcmusunun çapdan çıxacağını açıqlayıb.

Xanım Lengeyn isə Ağdamda keçirdiyi 3 gün ərzində dilemma qarşısında qaldığını söyləyib – baş vermiş hadisələri işıqlandırmaq, yoxsa ilk növbədə faciə qurbanlarına kömək etməyə çalışmaq? “Bu fotoşəkillər məni 20 il əvvəlin hadisələrinə geri qaytarır və məndə o insanlar qarşısında günahkarlıq hissi oyadır. Bu sərginin keçirməklə mən bir növ o insanlar qarşısında borcumu ödəyirəm”, - deyə fransalı jurnalist əlavə edib.

Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkarın kriminallaşdırılması haqqında qəbul etdiyi qanuna münasibətini bildirən F. Lengeyn bu qərarı yanlış saydığını vurğulayıb: “Mən bu qərarla razı deyiləm. Fransanın bununla əlaqədar hansı addımı atacağını bilmirəm, bu, Fransa hökumətinin işidir. Bu məsələ çox spesifik mövzudur və bilavasitə tərəflər arasında həll olunmalıdır”.

Tədbirdə həmçinin “Yahad- İn Unum” Assosiasiyasının sədri Patrik Desbois çıxış edib. O, təşkilatlarının missiyasının İkinci Dünya Müharibəsi dönəmində qətlə yetirilən yəhudilərin və qaraçıların qəbirlərinin aşkar edilməsi olduğunu nəzərə çatdırıb: “Bizə sual verilə bilər ki, bəs Azərbaycana niyə gəlmişik? Ona görə ki, Azərbaycan bir çox yəhudinin xilaskarı olub. İkinci Dünya Müharibəsində 0,5 milyon Azərbaycan əsgəri döyüşüb. Xocalı faciəsi ilə bağlı susmaq olmaz. Biz kütləvi qırğınlar üzərində Avropa, Amerika, müasir dünya qura bilmərik”.


Qeyd edək ki, açılışda bir sıra ölkələrin Azərbaycandakı səfirləri də iştirak edib. Britaniya səfiri Piter Beytman gördüklərindən şoka düşdüyünü gizlətməyib: “Fotosübutları görərkən o hadisələrin nə qədər faciəvi olduğunu anlayırsan. Mən bu fotolarda gördüklərimdən şoka düşmüşəm”.

Latviya səfiri Hardiys Baumanis isə bu fotolara baxmağın çətinliyindən danışıb: “Bu, insanların başına gələn böyük faciədir. Baş verənlər ədalətsizlikdir. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi mümkün olduğu qədər tez həll olunacaq və Azərbaycanın işğal edilmiş torpaqları geri qayıdacaq”.



Yerləşdirilib:20 Fevral, 2012  23:31, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com