İstanbul Prokurorluğu Milli Kəşfiyyat İdarəsinin (MKİ) 4 əməkdaşı haqqında çıxarılan həbs qərarını ləğv edib.
SalamNews-un "İhlas" agentliyinə istinadla verdiyi xəbərə görə, MKİ-nin əməkdaşlarının ağır cinayətlərə dair xüsusi məhkəmələrdə baxılan cinayət işləri üzrə mühakimə edilmələrinə baş nazirdən müvafiq icazə alınmasını nəzərdə tutan qanun Abdulla Gül tərəfindən təsdiq edildikdən sonra, MKİ əməkdaşları haqqında çıxarılan həbs qərarı ləğv edilib.
Qeyd edək ki, PKK-nın İstanbul qolu olan KCK-nin istintaq işi çərçivəsində səbəb göstərmədən ifadə verməyə gəlməyən MKİ-nin 4 əməkdaşı haqqında həbs qərarı çıxarılmışdır.