Tariq ibn Ziyad öz əsgərlərini İspaniya torpaqlarına keçirən kimi, dərhal gəmiləri yandırmağı əmr etdi.

Qoşun üçün cəmi 24 saatlıq azüqə saxladı, qalanlarını dənizə tökdürdü. Sonra əsgərlərin qarşısında çıxış edib dedi: «Qarşıda sizi düşmən, arxada isə dəniz gözləyir. Geriyə yol yoxdur. Düşmənin qabağından qaçsanız, dənizdə boğulub məhv olacaqsınız. Cəmi 24 saatlıq yeməyiniz var, bundan sonra sizi acından ölmək gözləyir. Bilin ki, sizin yeməyiniz, həyatınız düşmənin əlindədir. Hücum edin, düşməndən öz yeməyinizi alın və yeyin ki, sağ qalasınız. Sizin yaşamaq üçün yeganə yolunuz yalnız və yalnız irəliyədir»
Məhz həmin ordu İspaniyanı (tarixi Əndəlus) fəth etdi.