POPULYARXƏBƏRLƏR

Almaniya Bundestaqı “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yayıb

Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupu bu il fevralın 7-də “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yayıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınaraq, Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələrinin işğalı altında olması, BMT TŞ-nın münaqişə ilə bağlı 4 qətnaməsinin qəbul edilməsi, 1994-cü ildən bəri tərəflər arasında atəşkəs əldə olunsa da təmas xəttində mütəmadi şəkildə insidentlərin baş verməsi, Almaniyanın bu münaqişənin həllində öz mövqeyini dəyişməməsi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında oynadığı rol əksini tapıb.

Sənəddə Xarici Siyasət üzrə İşçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləyib:

1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi;

2. Münaqişənin həllində Avropa İttifaqının (Aİ) rolunun artması, Minsk qrupunda Fransanın tutduğu yerə Aİ-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və Aİ-nin konkret mandatına malik olan Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi müəyyənləşdirilməsi;

3. Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması;

4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması üçün deyil, regiondakı silahlanma yarışının dayandırılması və daimi sülhün təmin olunması üçün daha konstruktiv addımlar atmağa çağırılması;

5. Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişafın olacağı təqdirdə təhlükəsizlik siyasəti sahəsində Aİ ilə Rusiya arasında dialoqun genişləndirilməsi;

6. Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa dəvət olunması və bununla da Ermənistanın Türkiyə ilə sərhədlərinin rus ordusu tərəfindən qorunmasına ehtiyac qalmayacağını düşünərək, Cənubi Qafqazda silahlanma yarışının dayandırılması;

7. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı konstruktiv rolun və regiondakı öhdəliklərinin yerinə yetirilməsinin dəstəklənməsi.



Yerləşdirilib:17 Fevral, 2012  21:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com