BMT-nin Baş Assambleyası səs çoxluğu ilə Suriya hökumətini pisləyən qətnamə qəbul edib.
APA-nın verdiyi xəbərə görə, Rusiya, Çin və Suriya səsvermədə qətnamənin əleyhinə səs veriblər. Ümumilikdə qətnamənin lehinə 137 ölkə, əleyhinə - 12 səs verib, bitərəf -17 ölkə qalıb. Texniki səbəblərdən Qırğızıstan və Komor adaları səs verə bilməyiblər.
Qətnamədə Suriya hökumətindən ölkədə baş verən zorakılığa son qoyulması tələb olunur.