Bu gün Pakistanın şimal-qərbində baş verən partlayışda ən azı 21 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
APA-nın məlumatına görə, Paraçinar şəhər bazarında partlayışı kamikadze törədib. Polis faktla bağlı araşdırma aparır. Terror aktı baş verən şəhər federal qanunlara tabe olmayan və qəbilə qanunları ilə idarə olunan Kurram vilayətinin mərkəzidir.