Gürcüstanda yaşayan azərbaycanlılar Xocalı soyqırımının rəsmən tanınması üçün bu ölkə parlamentinə müraciət ediblər.
Bu barədə APA-ya “Gürcüstan Mənim Vətənimdir” qeyri-hökumət təşkilatının rəhbəri Əli Babayev məlumat verib. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən soyqırımın tanınması məsələsinə parlamentdə baxılması xahişi ilə parlamentin sədri David Bakradzeyə məktub göndərdiklərini söyləyib: “Bu cinayət cavabsız qalmamalıdır. Xocalı həqiqətlərini bütün dünya bilməlidir. Azərbaycanla dost və qardaş ölkə olan Gürcüstan bu məsələdə Azərbaycanı dəstəkləməli və bu soyqırıma qiymət verməlidir”.