İsrail Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) göstərişi ilə dövlət qulluqçularının MDB-nin cənub respublikalarına səfəri qadağan olunub.
APA-nın “İzrus”a istinadən verdiyi xəbərə görə, qadağa xüsusən Xəzəryanı ölkələrə aiddir.
Göstəriş nazirliklərin nümayəndələrinə və dövlət şirkətlərinə şamil olunur və təhlükəsizlik mülahizələri ilə əsaslandırılır. Bu səbəblə ötən həftənin sonu və bu həftəyə planlaşdırılmış işgüzar səfərlər və danışıqlar ləğv olunub.
Xatırladaq ki, fevralın 13-14-də Gürcüstan, Hindistan və Tailandda İsrail obyektləri və diplomatlarına hücumlar edilib. Gürcüstandakı terror aktının qarşısını almaq mümkün olub. Ötən ay Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda İsrailin ictimai xadimlərinə qarşı planlaşdırılan terrorun qarşısının alındığını açıqlamışdı.