Birləşmiş Ştatlar, Əfqanıstan hökuməti və “Taliban” hərəkatının nümayəndələri məxfi üçtərəfli danışıqlara başlayıblar. SalamNews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Həmid Kərzay Amerikanın “The Wall Street Journal” qəzetinə bildirib.
Cümə axşamı nəşrə verdiyi müsahibədə dövlət başçısı deyib ki, ABŞ hökuməti və “Taliban” nümayəndələri, həmçinin Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri arasında görüşlər baş tutub. Eyni zamanda, üçtərəfli görüşlər də keçirilib.
Kərzay qeyd edib ki, “Taliban” hərəkatı daxil olmaqla, Əfqanıstan xalqı sülh istəyir.