Daxili İşlər Nazirliyi radikal yönümlü dini təriqətlərdən birinə meyilli olan qrup ifşa edib
SalamNews nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Balakən RPŞ və MTN-nin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radikal yönümlü dini təriqətlərdən birinə meyilli olan Mahamalar kənd sakini Polad Kərimovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 1 ədəd jurnal və 1 ədəd broşür, Balakən şəhərində kirayədə yaşayan Zaqatala rayon sakini Bəhruz Musayevin evinə baxış zamanı isə 5 ədəd dini məzmunlu kitab aşkar edilərək götürülüb.