POPULYARXƏBƏRLƏR

Azərbaycan XİN-in sözçüsü: “Azərbaycan regional liderdən qlobal oyunçuya çevrilir”

Elman Abdullayev: “Ölkəmiz beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir, istər ikitərəfli, istərsə də müxtəlif beynəlxalq qurumlar çərçivəsində beynəlxalq proseslərdə aktiv rol oynayır”

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya müsahibəsi.

- Azərbaycanın xarici işlər naziri G-20 formatında keçiriləcək görüşə dəvət alıb. Bu, Azərbaycan üçün hansı məna kəsb edir?

- G-20 toplantısına üzv ölkələrdən başqa 10 dövlət və bir beynəlxalq qurum dəvət olunub: Azərbaycan, Avstriya, Norveç, İspaniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Çili, Kolumbiya, Kamboca, Əlcəzair və Afrika İttifaqı. Siyahıdan göründüyü kimi, bunlar əsasən öz dinamik iqtisadi yüksəlişi və liderlik keyfiyyətləri ilə seçilən ölkələrdir. Biz bu siyahıya daxil edilməkdən və dəvətdən çox məmnunuq.

Sirr deyil ki, Azərbaycan bu gün iqtisadi, enerji sahələrində və regional təsir baxımından dinamik inkişaf edən bir ölkədir. Toplantıya dəvət zamanı müəyyən parametrlər nəzərə alınır: ölkənin inkişaf dinamikası, onun regional rolu, beynəlxalq proseslərdə və beynəlxalq humanitar missiyalarda fəal iştirakı. Bizim ölkəmiz ötən il bir çox ölkədə, o cümlədən qardaş Türkiyədə, Afrikada, Cənub-Şərqi Asiyada baş verən bədbəxt hadisələrə biganə qalmayıb və bu dövlətlərə yardım göstərilməsində fəal iştirak edib. Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 83%-i Azərbaycanın payına düşür ki, bu da çox yüksək göstəricidir.

Ölkəmiz beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir, istər ikitərəfli, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq proseslərdə aktiv rol oynayır. Bu ilin may ayında və 2013-cü ilin sentyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək. Təbii ki, bu sədrlik ölkə üçün böyük şərəfdir. Belə ki, sədrlik edən ölkə TŞ-nin gündəmini müəyyənləşdirir və qlobal xarakterli prioritet məsələləri müzakirəyə çıxarır.

Bundan başqa, bu il Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi üzrə yeni danışıqlar başlayacaq. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında da fəaldır və Qoşulmama Hərəkatına daxil olub.

Bütün bu məqamlar Azərbaycanın G-20 toplantısına dəvət olunmasında mühüm rol oynayıb.

- Görüşdə hansı məsələlər müzakirə olunacaq?

- G-20 çərçivəsində adətən qlobal xarakterli iqtisadi və maliyyə məsələləri, eləcə də beynəlxalq iqtisadi böhran müzakirə olunur. Dünya iqtisadiyyatının liderləri olan G-20 üzvləri qlobal məsələlərin həllinə təsir göstərir, qərarların qəbulunda iştirak edir. Azərbaycanın bu prosesə cəlb olunması Azərbaycanın böyük qələbəsinin başlanğıcıdır, çünki biz G-20 kimi nəhəng və təsirli formatda iştirak hüququ əldə etmişik.

Görüşdə beynəlxalq birliyin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, içməli su çatışmazlığı, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə olunacaq.

- Bu dəvət Azərbaycanın bundan sonra G-20 toplantılarında iştirak edəcəyi mənasına gəlirmi?

- Azərbaycan bu gün bu sammitə dəvət olunub. Açıq danışmaq lazımdır, Azərbaycan son bir neçə ildə iqtisadi, diplomatik, xüsusən beynəlxalq proseslərdə bu uğurları əldə etməsəydi, bu cür dəvət almazdı. Dünya ictimaiyyəti dinamik inkişafda olan və dünyada özünə layiqli yer tutan ölkəyə göz yuma bilməzdi.

- Toplantıda iştirak gələcəkdə Azərbaycan üçün hansı perspektivlər vəd edir?

- Mən hesab edirəm ki, bu formatlarda iştirakın özü artıq Azərbaycanın rolunu qəbul etmək və tanımaq deməkdir. Bu, ciddi tərəfdaşlıq göstəricisidir və ölkəyə konkret və perspektiv təklif və təşəbbüslərlə çıxış etmək imkanı verəcək. Təbii ki, Azərbaycan bununla öz beynəlxalq iştirakını gücləndirəcək. Azərbaycan beynəlxalq arenada öz nüfuzunu artırır, gənc və kiçik ölkə olmasına baxmayaraq, regional liderdən qlobal oyunçuya çevrilir. Bir neçə il bundan əvvəl arzuladığımız bu mərhələni adlayaraq bizim üçün yeni olan bir arenaya düşdük – BMT Təhlükəsizlik Şurası və Qoşulmama Hərəkatına üzv olduq. Biz bu gün təkcə enerji ehtiyatlarının təchizatçısı deyilik. Biz enerji ehtiyatlarını bütün bölgənin uğur formuluna çevirmişik. Mən üfüqdə Azərbaycanın xarici siyasətində masanın böyük dövlətlərin oturduğu tərəfinə doğru ciddi sıçrama görürəm.

- Nazir G-20 ölkələri xarici işlər nazirləri ilə ikitərəfli görüşlər planlaşdırırmı?

- İclas çərçivəsində kuluarlarda ikitərəfli görüşlərin keçirilməsi, eləcə də lider ölkələrlə müəyyən danışıqların aparılması mümkündür.



Yerləşdirilib:16 Fevral, 2012  13:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com