Müsəlman dünyasının öndə gedən şəxsləri İstanbulda keçirilən Salamworld un ilk qlobal sammitində bir araya gəldilər.

40- dan çox ölkəni təmsil edən müsəlman elitası nümayəndələri İstanbulda islam dünyasına ünvanlanan sosial mediya platforması sayılan salamworld un ilk qlobal sammitinə toplaşmışlar. Sammitin işi dünyanin və Türkiyənin 60 –dan çox informasiya agentlikləri tərəfindən işıqlan-dırılmışdır.
Türkiyənin baş naziri Receb Taip Ərdoğan, Malaziyanın keçmiş baş naziri Maxatxira Muhammed, Liviya Müvəqqəti Şurasının rəhbəri Mustafa Əbdül Cəlil öz təbriklərini göndərərək sammitin işinə uğur diləmişlər.
Malaziya, İndoneziya, Böyük Britaniya, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrdən gələn nümayəndələr öz çıxışlarında measir dünyada sosial şəbəkələrin əhəmiyyətindən danışaraq, müsəlman cəmiyyətləri üçün belə layihələrin pozitiv rolunu vurğulamışlar.
Malaziyanın keçmiş baş naziri, Salamworld un müstəqil direktoru Maxatxira Muhammed iştirakçlara video müraciətində sosial şəbəkələrin ünsiyyət qurmaq üçün, biznes əlaqələrinin inkişafındakı rolu haqqında danışaraq, bu baxımdan Salamworld un əhəmiyyətini qeyd etmişdir.
Məhşur teleaparıcı Riz Xan tərəfindən həyata keçirilən Salamworldun təqdimatı sammit iştirak-çıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Sammmitin işinin sonunda BMT –nin tərəfdaşı, müsəlman dünyasının sevilən müğənnisi Sami Yusuf müxtəlif dillərdə mahnılar ifa etmişdir.
Yeni inovasiya sistemləri ilə müxtəlif dillərdə qurulmuş Salamworld sosial şəbəkəsinin fəaliyyətə başlaması bu ilin sonlarına nəzərdə tutlmuşdur.
Çoxları tərəfindən”müsəlman facebook”u kimi adlandırılan Salamworld sosial şəbəkəsinin qurulması müsəlmanlar üçün daha rahat, alternativ on-line sahəsi yaratmaq zərurətindən meydana çıxmışdır.
Ötən bir il ərzində Salamworld nümayəndələri 30 dan çox ölkəyə səfər etmiş, müxtəlif müsəlman cəmiyyətləri, təşkilatları ilə əlaqə qurmuşlar.
Salamworld qlobal layihəsi Qazaxıstanda fəaliyyətə başlamışdır, hazırda layihənin mənzil qərargahı İstanbul şəhərində yerləşir.