15 fevraldan etibarən Tehran Araşdırma Reaktorunda yerli istehsal olan nüvə yanacağı çubuqları və dördüncü nəsil sentrifuqalardan istifadə edəcək. (hurriyet)
İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Bəkiri bildirib: “İlk yerli istehsal olan nüvə yanacağı çubuqları prezident Mahmud Əhmədnejatın qarşısında Tehran Nüvə Araşdırmaları Reaktoruna yükləyecək”.
Verilən məlumatlara görə, həmçinin yerli istehsal olan dördüncü nəsil uran zənginləşdirmə sentrifuqaları da bu gün ictimaiyyətə təqdim ediləcək. Xəbərdə o da qeyd edilib ki, İranın istehsal etdiyi dördüncü nəsil sentrifuqaların sürəti və istehsal potensialı çox yüksəkdir.