Bəhreyn hökuməti etiraz aksiyalarında iştirak edən 6 amerikalını ölkədən deportasiya edib.
SalamNews lenta.ru saytına istinadən xəbər verir ki, amerikalılar ötən həftə Bəhreynə turist qismində səfər ediblər.
Daha əvvəl, fevralın 11-də, ölkədən iki amerikalı fəal deportasiya edilib. Deportasiyaya səbəb onların hökumət əleyhinə fəaliyyəti olub. "The Los Angeles Times" yazır ki, deportasiya edilən fəallardan biri, Radiqə Saynat etiraz aksiyasından xəbər hazırladığına görə aksiya zamanı saxlanılıb.
Bəhreyndəki mitinqlər şiə inqilabının ildönümü ilə bağlıdır. Bəhreynin ən böyük müxalif partiyası "Əl-Vəfak"ın verdiyi məlumata görə, dövlət son günlərdə keçirilən etiraz aksiyalarında iştirak edən 150 nəfəri həbs edib. Onların sırasında qadınlar və uşaqlar da var.