Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Qətərin xarici işlər naziri Xalid Bin Məhəmməd Əl Attiyah ilə telefonla danışıb.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, söhbət zamanı Suriya mövzusunda Tunisdə keçiriləcək iclas və Suriyada yaşanan son hadisələr müzakirə edilib.