Suriyaya dair qətnamə üzrə səsvermədə Çinin mövqeyi Vaşinqtonu məyus edib.
SalamNews “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama Ağ Evdə Çinin sədr müavini Si Çzinpinlə görüş zamanı bildirib.
Çin qətnamə üzrə səsvermədə veto hüququndan istifadə edib. Sənəddə Suriya Prezidenti Bəşər Əsədin vəzifəsindən azad edilməsi təklif olunurdu.
Xatırladaq ki, Suriyada münaqişələr 11 ay əvvəl başlayıb. BMT-nin məlumatına görə, bu günə qədər 5,4 mindən artıq insan toqquşmalar zamanı həlak olub.