Məşhur amerikalı prodüser və ssenarist Oliver Stounun oğlu rejissor Şon Stoun sənədli film çəkdiyi İranda islamı qəbul edib.
SalamNews Zman.com saytına istinadən xəbər verir ki, bu barədə Şon Stoun İsfahandan telefonla bildirib. O deyib: "İslamı qəbul etməyim o demək deyil ki, mən uşaqlıqdan böyüdüyüm xristianlıq və yəhudilik mühitindən uzaqlaşmışam".
Rejissor atasının yəhudi, anasının isə xristian olduqlarını nəzərdə tutur.