POPULYARXƏBƏRLƏR

Amerikanın məşhur tele-şou proqramında İranda yaşayan azərbaycanlıların vəziyyəti müzakirə edilib

Amerikanın məşhur tele-şou aparıcısı Con Stüartın proqramına dəvət edilmiş Federal Təhqiqatlar Bürosunun keçmiş xüsusi agenti Əli Sufan İranda azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağ münaqişəsində İranın mövqeyi və regionla bağlı digər məsələlərdən danışıb.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, milyonlarla tamaşaçının izlədiyi “Con Stüartla gündəlik şou”nun proqramında Əli Sufan Yaxın Şərq regionunda bugünkü durumu şərh edərək, diqqəti İranda yaranmış daxili vəziyyətə çəkib. O, İranın monoetnik deyil, bir çox etnik qrupların yaşadığı bir ölkə olduğunu qeyd edib. Əli Sufan bildirib ki, İran əhalisinin təxminən 51 faizini farslar, 40 faizini isə azərbaycanlılar təşkil edir.

“Azərbaycanlılar türk mənşəli xalqdır və tarixən farslar və azərbaycanlılar arasında münasibətlər yaxşı olmayıb. Bununla yanaşı, burada ərəb mənşəli bəluclar yaşayır və bu etnik qruplar farsların dominantlıq etməsinə qarşı olub”-deyə o bildirib.

Aparıcı Con Stüartın azərbaycanlıların Türkiyə ilə yaxınlığından İranın nə dərəcədə qıcıqlandığı sualının cavabında Əli Sufan deyib ki, Türkiyənin Yaxın Şərqdə və Mərkəzi Asiyada rolu artır və İran bundan çox narahatdır, çünki onu əhatə edən ölkələrin çoxunda türk əsilli xalqlar yaşayır. Onun sözlərinə görə, Mərkəzi Asiyada hər hansı bir etnik hərəkat regionda İranın nüfuzunun azalmasına gətirib çıxaracaq. Ekspert burada İranın Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünyada şiələrin müdafiəçisi olduğunu deməsinə baxmayaraq, qonşusu şiə Azərbaycanı deyil, protestant xristian olan Ermənistanı dəstəklədiyini qeyd edib.

“Azərbaycan Türkiyə ilə yaxın əlaqələrə malikdir və əhalisi türk mənşəli xalqdır, buna görə də İran qorxur ki, Azərbaycan münaqişədə qələbə çalsa, o mühasirəyə alınmış olacaq”-deyə Əli Sufan bildirib.

Əli Sufan Livan mənşəli amerikalı mütəxəssisdir. O, Federal Təhqiqatlar Bürosunun xüsusi agenti kimi ABŞ-da və dünya ölkələrində əks-terror əməliyyatları və təhqiqat proseslərində iştirak edib. O, Üsəma Bin Ladenin sürücüsü və mühafizəçisi olmuş Səlim Həmdan və Bin Ladenin mətbuat katibi Əli əl-Bəhluldan dəyərli informasiyanın alınmasında mühüm rol oynayıb.

Əli Sufanın 11 sentyabr hadisələrindən sonra ABŞ-da terrorizm əleyhinə mübarizə haqda yazdığı kitab 2011-ci ildə işıq üzü görüb.



Yerləşdirilib:15 Fevral, 2012  14:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com