BMT İnsan haqları üzrə ali komissarı Navi Pilley Baş Assambleyada Suriya ilə bağlı çıxış zamanı 11 ay ərzində Suriya təhlükəsizlik qüvvələrinin 5,4 mindən artıq insanı öldürdüyünü bildirib.
Pilley qeyd edib ki, Suriya qapalı ölkə olduğuna görə qətlə yetirilənlərin daha dəqiq sayını müəyyən etmək mümkün deyil.
«On minlərlə insan, uşaqlar da daxil olmaqla, həbs olunub. Minlərlə adam itkin düşmüş sayılır. Təxminən 25 min suriyalı qonşu ölkələrlə sığınacaq tapıb, 70 min nəfər isə məcburi köçkündür», deyə Pilley bəyan edib.