Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən, Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səfər 16-18 fevral tarixlərində baş tutacaq.
Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən, həmçinin fevralın 20-də Türkiyənin Yalova şəhərində Sursatlar və partlayıcılar kursu başlayacaq.