ABŞ-ın Merilend ştatının Nümayəndələr Palatasının üzvü Castin Redi (Justin Ready) ölkədəki Azərbaycan icmasının Xocalı faciəsinin 20 illiyi ilə bağlı keçirdiyi kampaniyaya cavab verib.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, C. Redi mesajında bildirib: “Bu qətliam həqiqətən də tarixin ən amansız, qanlı hadisələrindən biridir və sizin kimi mən də inanıram ki, bir daha belə hadisələrin baş verməməsi üçün bu hadisə unudulmamalıdır. Bu dəhşətli hadisə bütün gələcək nəsillər tərəfindən də pislənməlidir”.
C. Redi deyib ki, Xocalı qurbanlarının xatirəsini yaşatmaq üçün bütün tədbirləri dəstəkləyəcək.