İsrail Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı baş verən terror aktı və terror cəhdində İranı günahlandırıb.
APA-nın “Associated Press”ə istinadın verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu İranın Nyu-Dehli və Tiflisdəki hadisələrə cavabdeh olduğunu söyləyib: “Bu hücumların arxasında İran və onun dəstəklədiyi “Hizbullah” dayanır”.