İsrailin Hindistandakı səfirliyinin əməkdaşlarına qarşı terror aktı törədilib.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, səfirliyi məxsus avtomobillərdən birinə bomba yerləşdirilib. Bombanın partlaması nəticəsində 2 nəfər yaralanıb. Avtomobil yanıb.
İsrailin Gürcüstandakı səfirliyinə məxsus bir avtomobildə də bomba aşkarlanıb. Bomba partlamadan zərərsizləşdirilib.