İkinci dəfə cərrahiyə əməliyyatı keçirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xəstəxanadan evə buraxılıb.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Ərdoğan dünən axşam xəstəxanadan Üsküdardakı evinə gəlib.
Qeyd edək ki, Ərdoğan ötən il noyabrın 26-da keçirdiyi əməliyyatdan sonra keçən həftənin cümə günü ikinci dəfə əməliyyat olunub.
Əməliyyata görə bu gün keçirilməsi planlaşdırılan Nazirlər Kabinetinin iclası təxirə salınıb.