Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qətərin Baş naziri Şeyx Hamad Bin Casim Əl Tani ilə telefonla danışıb.
Əhməd Davudoğlu ABŞ-ın paytaxtı Vaşinqtona səfəri zamanı da Suriya mövzusunda telefon diplomatiyasını davam etdirir.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, söhbət zamanı ƏDL-in dünən keçirilən iclası və iclasda qəbul edilən qərarlar, həmçinin atılacaq addımlar haqqında fikir mübadiləsi aparılıb.