ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranın yer altındakı süni mağaralardan ibarət beton sığınacaqlarını partlatmaq məqsədilə xüsusi bomba istehsal edəcək. APA-nın məlumatına görə, artıq xüsusi bombanın hazırlanması üçün Konqresdən icazə alınıb. Yüksək dağıdıcı gücə malik olan bombanın hazırlanmasına 81 milyon dollar xərclənəcək.
Yeni bomba 2003-cü ildə İraq müharibəsi dövründə yeraltı sığınacaqların dağıdılmasında istifadə edilən bombaların təkmilləşmiş formasıdır. 5-6 metr uzunluğunda hazırlanacaq bombanın ağırlığı 14 ton olacaq. Bomba 60 metrlik beton və 40 metr qalınlığındakı qayaları darmadağın edə biləcək.