İran “altılıq” ölkələri ilə heç bir şərt irəli sürülmədən müzakirələr aparmağa hazırdır. Bunu İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai bildirib. Onun sözlərinə görə, rəsmi Tehran Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun məktubuna cavab verəcək.
M. Xəzai deyib ki, İsrail və müttəfiqləri İranın nüvə obyektlərinə hərbi müdaxilə edərsə, Tehranın cavabı dağıdıcı olacaq: “Düzdür, İranın strategiyası hər hansı ölkəyə hərbi müdaxilə etməmək üzərində qurulub. Ancaq İranın nüvə obyektlərinə hücum ölkənin mənafeyini təhlükəyə atdığından biz bütün gücümüzlə özümüzü müdafiə edəcəyik”.